- 16:35
Qəzzada fələstinlilərin yaşadığı minlərlə çadır leysan yağışlardan sonra yenidən su altında qalıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yağışlar səhər tezdən başlayıb. Yüz minlərlə ailənin sığınacağı olan çadırlar su altında qalıb.
Bəzi çadırlarda suyun səviyyəsi 40 santimetri keçib.
Əşyaları su altında qalan fələstinlilər təcili yardım üçün rəsmilərə müraciət ediblər.
Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal videomüraciətində humanitar fəlakət barədə xəbərdarlıq edib.
"Dünya təcili hərəkətə keçməsə, Qəzzada boğulma hallarının şahidi olacağıq və fəlakəti öz gözlərimizlə görəcəyik" - M.Basala bildirib.
O, Qəzza zolağının böyük sıxıntılar yaşadığını qeyd edərək, bölgəyə edilən yardımın ehtiyacların böyüklüyü ilə müqayisədə qeyri-kafi olduğunu vurğulayıb.
Şəbnəm Mehdizadə