Mərakeşdə iki binanın uçması nəticəsində 19 nəfər ölüb


  • 16:16

Mərakeşin şimalındakı Fez şəhərində iki binanın uçması nəticəsində 19 nəfər ölüb, 16 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, şəhərin Mustakbel məhəlləsində səkkiz ailənin yaşadığı iki bitişik bina uçub.

Ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir.

Qonşu bina sakinləri təhlükəsizlik məqsədilə təxliyə edilib.

Hadisənin səbəbi barədə məlumat verilməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər