ABŞ turistlərdən sosial media hesablarını tələb edəcək


  • 16:22

ABŞ 42 ölkədən gələn turistlərin sosial media məlumatlarını tələb etməyi planlaşdırır.

E-huquq.az “The New York Times” qəzetinə istinadən xəbər verir ki, ABŞ Böyük Britaniya, Fransa, Almaniya və Cənubi Koreya da daxil olmaqla, vizadan azad olan 42 ölkədən gələn turistlər üçün yeni tələblər tətbiq etməyə hazırlaşır.

Məlumata görə, ABŞ Gömrük və Sərhəd Mühafizəsinin təklif etdiyi dəyişikliklərə əsasən, gələcək ziyarətçilər son 5 ilə aid sosial media məlumatlarını, son 10 ildə istifadə etdikləri e-poçt ünvanlarını, həmçinin ailə üzvlərinin adları, doğum tarixləri və ünvanlarını təqdim etməli olacaqlar.

Hazırda bu ölkələrin vətəndaşları 40 dollar ödəməklə iki il etibarlı rəqəmsal səyahət icazəsi əldə edir və ABŞ-da 90 günə qədər vizasız qala bilirlər. Yeni plan təsdiqlənərsə, proqram çərçivəsində tələb olunan məlumatların əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənəcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər