Qadın işə vaxtından tez gəldiyinə görə işdən qovuldu


  • 17:06

İspaniyada iş saatından əvvəl işə gələn qadın işdən çıxarılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, işəgötürən 22 yaşlı qadına tez gəlməməsi barədə dəfələrlə xəbərdarlıq etsə də, o, bu xəbərdarlıqlara məhəl qoymayıb.

Qadın görəcəyi işi olmadığı halda ofisdə vaxt keçirməyə üstünlük verib.

Xəbərdarlıqlardan sonra işəgötürən işçini işdən çıxarıb.

Qadın işdən çıxarılmasının ədalətsiz olduğunu əsas gətirərək məhkəməyə müraciət edib. Məhkəmə işəgötürənin qərarını qanuni sayıb.

İşçinin xəbərdarlıqlara məhəl qoymadığı və ona həvalə edilmiş şirkət avtomobilinin köhnə akkumulyatorunu satdığı müəyyən edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər