Çində binada baş verən yanğında 12 nəfər ölüb


  • 17:20

Çinin cənubundakı Quanqdonq əyalətində 4 mərtəbəli binada güclü yanğın baş verib.

E-huquq.az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, ötən gecə Şantou şəhərində yerləşən binanın birinci mərtəbəsindəki məişət texnikası və elektrik cihazları satılan mağazada naməlum səbəbdən yanğın başlayıb.

Qısa zamanda böyüyən yanğın nəticəsində 12 nəfəri ölüb.

Hadisənin səbəbləri araşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər