- 17:26
Səudiyyə Ərəbistanının müxtəlif bölgələrində yağan leysan yağışları daşqınlara səbəb olub.
E-huquq.az Səudiyyə Ərəbistanının Əl-İxbariyyə televiziyasına istinadən xəbər verir ki, qısa müddət ərzində aramsız yağan yağış nəticəsində küçələr su altında qalıb, bir çox avtomobilə ziyan dəyib.
Səudiyyə Ərəbistanı Milli Meteorologiya Mərkəzinin məlumatına görə, bu mövsüm ən çox yağıntı Ciddədə qeydə alınıb.
Əl-Batin, Xafci, Nairiyah və Qaryat əl-Ulya şəhərləri üçün orta və güclü yağışla bağlı xəbərdarlıq edilib.
Qeyd olunub ki, yağan yağış daşqınlara, tufanlara, yollarda görünüş məsafəsinin xeyli azalmasına səbəb ola bilər.
Şəbnəm Mehdizadə