- 12:59
Türkiyənin İstanbul şəhərində mənzildə güclü yanğın nəticəsində 3 azyaşlı həlak olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Pendik səmtində yerləşən iki mərtəbəli binanın birinci mərtəbəsindəki mənzildə naməlum səbəbdən yanğın başlayıb.
Ünvana yanğınsöndürən, polis və tibb qrupları göndərilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə nəticəsində 3 uşaq ölüb.
Faktla bağlı araşdırma başlanıb.
Şəbnəm Mehdizadə