Qohumlar arasında dava qanla bitdi - 6 nəfər yaralandı


  • 11:32

Türkiyənin Şanlıurfa şəhərində qohumlar arasında kütləvi dava olub.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Şanlıurfanın Əyyubiyə rayonunda qohumlar arasında başlayan mübahisə qısa zamanda davaya çevrilib.

Dava zamanı tərəflər birinə bıçaq, daş və dəyənəklə hücum edib, odlu silahdan atəş açıblar.

Əraziyə təhlükəsizlik və tibb qrupları göndərilib.

Davada yaralanan 6 nəfər şəhərdəki xəstəxanalara aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər