Sələmçilərə qarşı əməliyyat keçirildi - 17 nəfər həbs edildi


  • 11:44

Türkiyənin iki vilayətində cinayət törətməkdə və qeyri-qanuni olaraq sələmə pul verməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Jandarma qrupları Kahramanmaraşın Pazarcık mahalı və Qaziantepdəki ünvanlarda əməliyyat keçirib.

Keçirilən əməliyyatlarda 17 şübhəli saxlanılıb.

Şübhəlilərin evlərinə və nəqliyyat vasitələrinə baxış zamanı mobil telefonlar, kredit kartları, noutbuk, narkotik vasitə, silah və pul ələ keçirilib.

Şübhəlilər məhkəmə qərarı ilə həbs ediliblər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər