- 12:59
Türkiyənin Kocaeli şəhərinin Gebze rayonunda yerləşən təkrar emal müəssisəsində yanğın baş verib.
E-huquq.az-ın "TRT Haber"ə istinadən məlumatına görə, müəssisənin anbarında naməlum səbəbdən başlayan yanğın qısa müddətdə əraziyə yayılıb.
Hadisə yerinə xilasetmə, tibb və jandarma qrupları cəlb olunub. Yanğın operativ şəkildə nəzarətə götürülərək söndürülüb.
Hadisə zamanı yanğınsöndürənlərdən biri xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Yanğının səbəblərinin müəyyən edilməsi üçün araşdırma aparılır.
Şəbnəm Mehdizadə