- 17:35
ABŞ prezidenti Donald Tramp varlı əcnəbilərə sürətli viza və vətəndaşlıq imkanı verən yeni "Gold Card" proqramına start verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp kartın ixtisaslı və təhlükəsizlik baxımından yoxlanılmış şəxslərə birbaşa vətəndaşlıq yolu açdığını bildirib.
"Gold Card" ABŞ-yə əhəmiyyətli fayda verə biləcəyini sübut edən şəxslərə təqdim olunacaq. Proqram miqrasiya nəzarətinin sərtləşdirildiyi, iş vizaları üzrə rüsumların artırıldığı və deportasiyaların sürətləndirildiyi dövrə təsadüf edir.
Əcnəbi müraciətçilər üçün ödəniş 1, şirkətlər üçün 2 2 milyon dollar təşkil edir.
Tezliklə vergidə güzəştlər təklif edən “platin” versiyanın 5 milyon dollara satışa çıxarılması gözlənilir.
Proqram “rekord müddətdə” rezidentlik vəd edir və ödənişlərin ABŞ-yə töhfə kimi qiymətləndirilir.
Demokratlar bu kartı varlılara verilən ədalətsiz üstünlük kimi tənqid edirlər. Tramp isə təşəbbüsü uzun gözləmə müddəti tələb edən "Green Card" iləmüqayisə edib və proqramın yalnız yüksək səviyyəli peşəkarlar üçün nəzərdə tutulduğunu vurğulayıb.
Şəbnəm Mehdizadə