Zəncirvari yol qəzasında 7 nəfər yaralanıb


  • 16:09

Türkiyənin Ədirnə şəhərində zəncirvari yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ədirnə ilə Havsa arasındakı D-100 magistral yolunun 32-ci kilometrliyində, Sazlıdərə kəndi yaxınlığında 10 avtomobilin toqquşduğu qəzada 7 nəfər xəsarət alıb.

Hadisə yerinə polis və tibb qrupları cəlb edilib.

Qəzada yaralanan 7 nəfər təcili yardımla Trakya Universiteti Tibb Fakültəsinin Xəstəxanasına aparılıb.

Avtomobillər evakuatorların köməyi ilə çıxarıldıqdan sonra yol nəqliyyatın hərəkətinə açılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər