- 17:35
İranda havanın çirklənməsinin hər il 50 min insanın ölümünə səbəb olur.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərkəndi məlumat verib.
Nazir universitet rektorları ilə görüşdə havanın çirklənməsi ilə bağlı mühüm açıqlamalar verib.
Səhiyyə sektorundakı problemlərin böyük ölçüdə iqtisadi və sosial faktorlardan qaynaqlandığını vurğulayan Zəfərkəndi bildirib ki, hər il 50 min insan hava çirkliliyi səbəbindən həyatını itirir.
Nazirin sözlərinə görə, bu səbəbdən xəstəxanaya müraciətlərin sayı iki dəfə artıb.
"Səhiyyə elmlərində irəliləmək istəyiriksə, mütəxəssislərin universitetlərə dəstək verməsi lazımdır" - deyə o bildirib.
Şəbnəm Mehdizadə