- 17:35
Myanma ordusunun Rakhayn ştatındakı xəstəxanaya endirdiyi hava zərbəsi nəticəsində 33 nəfər ölüb, azı 76 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, ordu qüvvələri Banqladeş sərhədi yaxınlığında yerləşən Mrauk-U şəhərindəki xəstəxanaya hava hücumu həyata keçirib.
Məlumatda bildirilir ki, hücum nəticəsində aralarında səhiyyə işçiləri də daxil olmaqla 33 nəfər ölüb, ən azı 76 nəfər yaralanıb.
Hərbi hökumət bölgədə hücumla bağlı açıqlama verməyib.
Ordu qüvvələrinin dekabrın 5-də Saqainq bölgəsinə endirdiyi hava hücumu nəticəsində 18 mülki şəxs həlak olub, 20 nəfər yaralanıb.
Şəbnəm Mehdizadə