- 17:35
10 ilə yaxındır Mars orbitində atmosfer araşdırmaları aparan Maven kosmik gəmisi ilə əlaqə kəsilib.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) məlumat yayıb.
Açıqlamada həftə sonu məlumat göndərməyi birdən-birə dayandıran "Maven"in Marsın arxasına keçməzdən əvvəl normal fəaliyyət göstərdiyi qeyd olunub.
Bildirilib ki, "Maven" "Qırmızı Planet"in arxasında yenidən peyda olanda ondan heç bir siqnal alınmayıb.
Kosmik gəmi ilə əlaqənin kəsilməsinin səbəbləri ilə bağlı araşdırmalar davam edir.
2013-cü ildə buraxılan "Maven" 2014-cü ildə Marsa çaıb və planetin yuxarı atmosferini və onun günəş küləkləri ilə qarşılıqlı təsirini öyrənir.
Şəbnəm Mehdizadə