- 16:34
İraqın Kərkük şəhərində iki gündür davam edən güclü yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 5 nəfərə yüksəlib.
E-huquq.az xəbər verir ki, bu barədə Mülki Müdafiə İdarəsi məlumat yayıb.
Məlumata görə, evini su basan bir qadın elektrik şəbəkəsindəki nasazlıq səbəbilə cərəyan vurmasından ölüb.
Leysan yağışları bölgədə ciddi dağıntılara və təhlükəli vəziyyətə səbəb olub.
Şəbnəm Mehdizadə