İndoneziyada daşqınlar nəsli kəsilməkdə olan heyvanlar üçün təhlükə yaradıb


  • 15:34

İndoneziyada baş verən güclü yağışlar və daşqınlar Tapanuli oranqutanlarının nəsli üçün ciddi təhlükə yaradıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər, dünyanın ən nadir böyük meymun növlərindən biri olan bu oranqutanların Sumatra adasında yaşadığı ərazilərdə ciddi itkilər yaşadığını bildirirlər.

BBC-nin məlumatına görə, 950 nəfərin ölümünə səbəb olan güclü yağışlar və daşqınlardan sonra Tapanuli oranqutanlarının taleyi ilə bağlı narahatlıqlar artır. Bu oranqutanlar Şimali Sumatrada yerləşən dağlıq ərazilərdə 25 noyabr tarixində Sumatraya tropik fırtına səbəbindən uzun müddət görünməyib.

Mütəxəssislər bu nəsli kəsilməkdə olan oranqutan növünün hər hansı bir itkisinin, həm növün gələcəyi, həm də ekosistem üçün ciddi nəticələrə yol açacağına diqqət çəkiblər. Peyk görüntüləri əsasında aparılan araşdırmalar göstərib ki, çox sayda hektar meşə sahəsi torpaq sürüşmələri nəticəsində məhv olub. Bu isə oranqutanların həyatını itirməsi riskini artırır.

Liverpul Con Murs Universitetinin primat biologiyası professoru Serj Viç, güclü yağışlar zamanı oranqutanların adətən ağaclara sığındığını və yarpaqlardan sığınacaq kimi istifadə etdiklərini qeyd edib. Lakin bu dəfə yağışların dayanması çox gec olub və oranqutanların yaşayış sahələrində torpaq sürüşmələri baş verib.

Tapanuli oranqutanları, yalnız İndoneziyanın Sumatra adasında, Batang Toru meşələrində yaşayan və sayının 800-dən aşağı olduğu təxmin edilən dünyanın ən nadir böyük meymun növlərindən biridir. Nəsli kəsilməkdə olan bu növün yaşayış yerlərinin azalması və iqlimlə əlaqəli fəlakətlər səbəbindən təhlükə altında olduğu vurğulanır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər