ABŞ-də partlayış nəticəsində 6 nəfər xəsarət alıb


  • 12 Dekabr 2025 15:40

ABŞ-nin Kaliforniya ştatında partlayış nəticəsində 6 nəfər xəsarət alıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Alameda Yanğından Mühafizə İdarəsi San-Fransisko Körfəzi bölgəsindəki bir məhəllədə baş verən partlayışdan sonra yanğın baş verdiyini və bir neçə evə ziyan dəydiyini bildirib.

Partlayışın səhər tezdən tikinti briqadasının yeraltı təbii qaz xəttinə zərər verməsi nəticəsində baş verdiyi deyilir.

Hadisə yerində xtarış-xilasetmə əməliyyatları davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər