- 00:05
Qaradənizdə Rusiyanın avia-zərbələri nəticəsində Türkiyə şirkətinə məxsus yük gəmisinə ciddi ziyan dəyib, heyət təxliyə olunub.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ankara müharibənin Qara dənizə yayılmasından və naviqasiya azadlığının pozulmasından narahatlığını bir daha ifadə edib.
Türkiyənin Odessadakı Baş Konsulluğu vəziyyəti yaxından izləyir və vətəndaşlara lazımi dəstək göstərir.
Qeyd edək ki, bu gün axşam saatlarında Ukraynanın Odessa limanında Türkiyəyə məxsus yük gəmisinə endirilən avia-zərbə nəticəsində yanğın baş verib.
Bildirilir ki, "Cenk T" gəmisi Rumıniyadan Ukraynaya dizel, benzin və qaz generatorları daşıyırmış.