Qara dənizdə və Aralıq dənizində ard-arda zəlzələlər qeydə alınıb


  • 12 Dekabr 22:48

Bu axşam Qara dəniz və Aralıq dənizində ardıcıl iki zəlzələ baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, saat 20:13-də Qara dənizdə 4,1 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanın 6,7 km dərinlikdə baş verdiyi və ən yaxın yaşayış məntəqəsindən 238,63 km məsafədə yerləşdiyi bildirilib.

Bundan 7 dəqiqə sonra, saat 20:20-də Aralıq dənizində 4,2 bal gücündə zəlzələ baş verib. AFAD-ın məlumatına görə, zəlzələ 9,12 km dərinlikdə meydana gəlib və ən yaxın yaşayış məntəqəsinə olan məsafə 147,85 km olub.

Hazırda hər iki zəlzələ ilə bağlı dağıntı və ya itkilər barədə məlumat verilməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər