- 00:05
Qəzzada 10 dekabrdan bəri davam edən güclü fırtına və yağıntılar nəticəsində həyatını itirənlərin sayı 14 nəfərə çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, fırtına və leysan yağışları artıq İsrail hücumlarında zərər görmüş və yararsız hala düşmüş evlərin uçmasına səbəb olur və bu da ölənlərin sayını artırır.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, həlak olanlar arasında 3 uşaq da var.
Rəsmilər qeyd edirlər ki, Qəzzaya təcili ehtiyac duyulan çadır və konteyner evlərin çatdırılmaması humanitar böhranın dərinləşməsində əsas faktorlardan biridir.
Şəbnəm Mehdizadə