- 22:42
Qəzza zolağının cənubunda baş verən partlayış nəticəsində İsrailin iki hərbçisi yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
"Qəzza zolağının cənubundakı terror infrastrukturunun məhv edilməsi zamanı partlayıcı qurğunun işə düşməsi nəticəsində iki hərbçi yüngül yaralanıb", - bəyanatda bildirilib.
Qeyd olunub ki, tibbi yardım üçün əsgərlər hospitala təxliyə edilib.