- 13 Dekabr 23:03
Rusiya Qara dənizdə Türkiyənin "Viva" gəmisinə hücum edib.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, gəminin göyərtəsində 11 Türkiyə vətəndaşı olub. Gəmiyə Rusiya PUA-sı zərbə endirib. Hücum zamanı ekipajın xəsarət almadığı və gəminin Misirə təyinat yerinə doğru getdiyi bildirilib.
Qeyd edək ki, dekabrın 12-də axşam saatlarında Ukraynanın Odessa limanında Türkiyəyə məxsus yük gəmisinə endirilən aviazərbə nəticəsində yanğın baş verib.