Suriyada ABŞ hərbçilərinə hücumda şübhəli bilinən beş nəfər saxlanıldı - YENİLƏNDİ


  • 14 Dekabr 23:56

Suriya Hüquq mühafizə orqanları Tədmurda iki ABŞ hərbçisinin həlak olduğu hücumda şübhəli bilinən beş nəfəri saxlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat verib.

***

Suriyanın təhlükəsizlik qüvvələri Tədmur şəhərində Suriya-ABŞ birgə patrul qüvvələrinə edilən hücuma cavab olaraq Homs vilayətində və Suriya səhrasının bir neçə ərazisində İŞİD-ə qarşı əməliyyata başlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə "Əl-İxbariya" telekanalı məlumat yayıb.

Qeyd edək ki, şənbə günü silahlı şəxs Suriya-ABŞ birgə patrul qüvvələrinə atəş açaraq iki ABŞ hərbçisini və bir amerikalı mülki tərcüməçini öldürüb.

Suriya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hücum edən şəxs atışma zamanı zərərsizləşdirilib.

Oxşar xəbərlər