- 00:33
Mərakeşin qərb hissəsində yerləşən Safi bölgəsində baş verən güclü daşqın faciə ilə nəticələnib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 14 nəfər həyatını itirib, 32 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, fəlakətə səbəb ötən gün Atlantik okeanı sahilində yerləşən Safi şəhərinə yağan intensiv yağışlar olub.
Hazırda ərazidə xilasedicilər tərəfindən əməliyyatlar aparılır, həmçinin itkin düşən şəxslərin tapılması istiqamətində axtarışlar davam etdirilir.
Şəbnəm Mehdizadə