- 17:25
Türkiyənin Aksaray vilayətində dağda köməksiz vəziyyətdə qalan tələbələr xilas edilib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Həsən dağının zirvəsinə qalxmaq istəyən 2 tələbə dağda köməksiz vəziyyətdə qalıb.
Əraziyə AFAD əməkdaşları və axtarış-xilasetmə qrupları göndərilib.
Tələbələri xilas etmək üçün helikopter cəlb edilib.
Xilas edilən gənclər Aksaray Xəstəxanasına gətirilib.
Şəbnəm Mehdizadə