Məşhur avtomobil istehsalçısı Almaniyadakı zavodunu bağlayır


  • 16:28

Məşhur avtomobil istehsalçısı "Volkswagen" 88 illik tarixində ilk dəfə Almaniyadakı fabrikini bağlayacaq.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Çinlə artan rəqabət, Avropada tələbatın azalması və elektrikli avtomobillərə keçidin yavaş tempi səbəbindən şirkət Drezden şəhərindəki zavodunda istehsalı dayandırır.

Bu addım şirkətin Almaniyada bağladığı ilk istehsal müəssisəsi kimi tarixə düşəcək.

Fabrik 2002-ci ildən bəri 200.000-dən az avtomobil istehsal edib.

Qeyd edək ki, "Volkswagen" qarşıdakı illərdə 160 milyard avroluq investisiyanı maliyyələşdirmək məqsədilə struktur dəyişikliyi və xərclərin azaldılması istiqamətində addımlar atır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər