- 17:25
Türkiyənin Kahramanmaraş şəhərində avtovağzalda vəkilin meyiti aşkarlanıb.
E-huquq.az-ın "Hukuki Haber"ə istinadən məlumatına görə, İstanbul Vəkillər Kollegiyasının üzvü Alpaslan Köybaşı sərnişin oturacağında ölü vəziyyətdə tapılıb.
İlkin ehtimala görə, o, ürək tutmasından vəfat edib.
Vəkilin təxminən 10 gündür həmin avtovağzalda qaldığı bildirilir.
Hadisə ilə bağlı istintaq davam edir.
Şəbnəm Mehdizadə