- 17:25
Malayziyada yanvarın 1-dən etibarən "WhatsApp", "TikTok", "Facebook" və "YouTube" kimi platformaları ölkədə fəaliyyət göstərmək üçün lisenziya sistemi çərçivəsində avtomatik olaraq qeydiyyata alınacaq.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rabitə və Multimedia Komissiyasının (MCMC) bəyanat yayıb.
Məlumata görə, bu addım 8 milyondan çox istifadəçisi olan platformaları ölkənin hüquqi nəzarətinə almaq məqsədi daşıyır.
Yeni çərçivə platformaların hesabatlılığını artıracaq və uşaqları zərərli məzmundan qorumağa yönələcək.
Şəbnəm Mehdizadə