- 17:25
Karib dənizindən ABŞ-yə doğru hərəkət edən sərnişin təyyarəsi hərbi təyyarə ilə havada toqquşmadan son anda yayınıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Kurasaodan Nyu-Yorka uçan və "JetBlue" avia daşıyıcısına məxsus reys ABŞ Hərbi Hav.a Qüvvələrinə aid yanacaq dolduran təyyarə ilə təhlükəli məsafəyə yaxınlaşıb.
Pilot toqquşma təhlükəsi səbəbilə eniş prosedurunu dayandırmaq məcburiyyətində qalıb.
Hadisə ilə bağlı federal orqanlara məlumat verilib.
Məsələ ilə bağlı araşdırma aparılır.
ABŞ ordusunun bölgədəki hərbi fəallığının artdığı dövrdə baş verən bu insident narahatlıq doğurub.
Şəbnəm Mehdizadə