Luvr muzeyinin əməkdaşları tətilə hazırlaşırlar


  • 17:16

Fransanın paytaxtı Parisdə yerləşən Luvr muzeyinin əməkdaşları tətilə hazırlaşırlar.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, həmkarlar ittifaqları kadr çatışmazlığı, təhlükəsizlik zəifliyi və binanın texniki problemlərinə etiraz edirlər.

Tətil davam edərsə, ilin ən sıx dövrlərindən birində muzeyin qismən və ya tam bağlanacağı bildirilir.

Noyabr ayında Misir bölməsində baş verən su sızması nəticəsində yüzlərlə sənəd zədələnib. Bundan sonra qədim yunan keramikasının nümayiş olunduğu qalereya təhlükəsizlik səbəbilə bağlanıb. Həmkarlar ittifaqları bu halların illərdir davam edən laqeydliyin nəticəsi olduğunu bildirirlər.

İttifaqlar həmçinin Avropa İqtisadi Bölgəsi xaricindən gələn ziyarətçilər üçün bilet qiymətlərinin 45 faiz artırılmasına etiraz edirlər. Belə ki, yanvar ayından ABŞ, Böyük Britaniya və Çin kimi ölkələrdən gələn turistlər muzeyə giriş üçün 32 avro ödəyəcəklər.

Qeyd edək ki, ötən il Luvr muzeyi 8,7 milyon ziyarətçi qəbul edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər