- 17:16
Kamboca ilə Tailand arasında davam edən sərhəd münaqişəsi nəticəsində 12 nəfər ölüb, 74 nəfər yaralanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kamboca dövlət xəbər agentliyi Agence Kampuchea Presse (AKP) məlumat yayıb.
Kambocanın informasiya naziri Neth Pheaktra bildirib ki, son bir həftə ərzində Tailandla toqquşmalar nəticəsində 12 nəfər ölüb, 74 nəfər yaralanıb.
Pheaktra həmçinin ümumilikdə 400.000-dən çox insanın münaqişə səbəbindən köçmək məcburiyyətində qaldığını bildirib.
Nazirin sözlərinə görə, Tailand döyüş təyyarələri dinc əhalinin yerləşdiyi ərazilərə yaxınlaşaraq hava hücumları təşkil edib.
Kamboca Müdafiə və İnformasiya Nazirliklərindən verilən açıqlamaya görə, yerli vaxtla təxminən saat 10:00-da Tailand F-16 qırıcıları Oddar Meanchey əyalətinin Chong Kal bölgəsində və Siem Reap əyalətinin Srei Snam bölgəsində mülki əhalinin məskunlaşdığı düşərgələrin yaxınlığında iki bomba atıb.
Rəsmilər, Srei Snamdakı hücumun ölkə sərhədindən təxminən 70 kilometr içəridə yerləşən körpünü hədəf aldığını bildirib.
Tailand rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Şəbnəm Mehdizadə