Meksikada təyyarə qəzaya uğrayıb, ölənlər var


  • 10:03

Meksikanın paytaxtı Mexikodan təxminən 50 kilometr qərbdə təyyarə qəzaya uğrayıb.

E-huquq.az xarici KİV-öə istinaədn xəbər verir ki, bu barədə Meksiko Şəhər Mülki Müdafiə Koordinatoru Adrian Hernandez məlumat verib.

O bildirib ki, təcili eniş etməyə cəhd edən təyyarə paytaxtdan təxminən 50 kilometr qərbdə, Toluka hava limanından 5 kilometr aralıda qəzaya uğrayıb.

Hernandez qeyd edib ki, təyyarədə 8 sərnişin və 2 ekipaj üzvü olub, lakin indiyədək 7 nəfərin cəsədi çıxarılıb.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparıldığı bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər