- 11:39
Pakistanın Bəlucistan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Pakistan Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Bəlucistanın Sommiani bölgəsində qeydə alınıb.
12 kilometr dərinlikdə baş verən zəlzələ Kəraçinin bəzi bölgələrində də hiss olunub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Şəbnəm Mehdizadə