Tramp Ukrayna-Rusiya münaqişəsini Avropa liderləri ilə müzakirə edib


  • 10:09

ABŞ prezidenti Donald Tramp Ukrayna-Rusiya münaqişəsi ilə bağlı Avropa liderləri ilə geniş müzakirələr aparır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərə açıqlama verərkən bildirib.

O, diplomatik prosesin ehtiyatlı, lakin müsbət şəkildə davam etdiyini bildirib.

"Bizim çox yaxşı və uzun söhbətlərimiz oldu, Rusiya ilə Ukrayna arasındakı müharibəyə də toxunduq. İşlər yaxşı gedir, amma bunun çətin bir proses olduğunu bilirik" - deyə Tramp bildirib.

Tramp həmçinin qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə də uzun telefon danışığı olub.

ABŞ prezidenti Tramp, Ukraynanın tələb etdiyi təhlükəsizlik zəmanətlərinin Avropa ilə birlikdə formalaşdığını vurğulayaraq qeyd edib ki, Avropa bu prosesin böyük bir hissəsi olacaq.

"Müharibənin yenidən başlamasının qarşısını almaq üçün təhlükəsizlik zəmanətləri üzərində işləyirik. Çüki müharibənin yenidən başlamasını istəmirik" - deyə Ağ Ev lideri əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər