- 11:39
Türkiyənin İzmir şəhərində 68 qanunsuz miqrant xilas edilib.
E-huquq.az xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alır.
Məlumata görə, İzmirin Çeşme sahillərində mühərrikində nasazlıq yaranan qayıqda bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə Komandanlığın əməkdaşları cəlb edilib.
Komandalar 3-ü uşaq olmaqla 38 qeyri-qanuni miqrantı qayıqdan xilas edib.
Dikili sahillərində isə 30 qeyri-qanuni miqrant xilas edilərək sahilə çıxarılıb.
Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə