İstanbulda yol çöküb, fəhlə dağıntılar altında qalıb


  • 10:22

Türkiyənin İstanbul şəhərində yol çöküb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Avcılar rayonunda, Yeşilkent məhəlləsində aparılan təmir işləri zamanı yolun bir hissəsi çöküb.

Nəticədə fəhlə Erkan Yavuz torpaq altında qalıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım qrupları cəlb olunub.

Fəhlə dağıntılar altından xilas edilərək xəstəxanaya aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər