Türkiyədə fabrikdə güclü yanğın olub, 16 nəfər tüstüdən zəhərlənib


  • 10:25

Türkiyənin Elazığ şəhərində fabrikdə güclü yanğın baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, istilik izolyasiya materialları istehsal edən fabrikdə naməlum səbəbdən yanğın başlayıb.

Xəbər verildikdən sonra hadisə yerinə yanğınsöndürmə briqadaları, polis, jandarma və tibb qrupları cəlb edilib.

Yanğın yanğınsöndürənlərin səyi nəticəsində ətrafa yayılmadan nəzarət altına alınıb.

Tüstüdən zəhərlənən 16 fəhlə və xəsarət alan bir yanğınsöndürənə tibbi yardım göstərilib.

Hadisə nəticəsində fabrikə ziyan dəyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər