Nigeriyada sərnişin avtobusuna hücum olub, 18 nəfər qaçırılıb


  • 10:40

Nigeriyada sərnişin avtobusuna silahlı hücum olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Nigeriyanın Edo əyalətində, Benin-Akure magistral yolunda hərəkət edən sərnişin avtobusu silahlı şəxslər tərəfindən saxlanılıb.

Hücum zamanı sərnişinlər hədələnərək avtobusdan məcburi olaraq endirilib.

Polis 8 nəfərin silahlı basqınçılar tərəfindən qaçırıldığını bildirib.

Qaçırılan sərnişinlərin taleyi ilə bağlı hələlik heç bir məlumat verilməyib.

Hadisədən sonra əraziyə polis və digər təhlükəsizlik qüvvələri göndərilib.

Qaçırılan şəxslərin tapılması və hücum edənlərin tutulması üçün hərtərəfli axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər