- 11:39
Venesuelanın dövlət neft şirkəti "Petroleos de Venezuela" (PDVSA) kiberhücuma məruz qalıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin rəsmi açıqlamasında hücuma görə ABŞ günahlandırılıb.
Hücumun şirkətin fəaliyyətini pozmaq və ABŞ-nin Venesuela neftini ələ keçirmək strategiyasının bir hissəsi olduğu iddia edilib.
"Bu hücum cəhdi ABŞ hökumətinin Venesuela neftini güc və piratçılıq yolu ilə ələ keçirmək üçün açıq strategiyasının davamıdır" -deyə açıqlamada bildirilib.
Bəyanatda ölkənin suveren enerji hüququna əngəl törədildiyi vurğulanır:
"Biz bu alçaq hərəkəti qəti şəkildə rədd edirik. Bu, ABŞ hökumətinin ekstremist qruplarla əməkdaşlıq edərək ölkədə sabitliyi pozmaq üçün ilk cəhdi deyil. Bu, əvvəlki hücumların davamıdır" -deyə qeyd edilib.
Şəbnəm Mehdizadə