- 11:31
Türkiyənin 81 vilayətində qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində yoxlamalar aparılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.
Nazir bildirib ki, aparılan yoxlamalarda 9-u xarici ölkə vətəndaşı olmaqla 55 miqrant qaçaqmalçısı və 972 qeyri-qanuni miqrant tutulub.
Nazir 28 581 personalın 5702 məntəqədə yoxlamalar apardığınpı bildirib.
Nazir qeyd edib ki, qeyri-qanuni miqrasiya və miqrant qaçaqmalçılığı ilə mübarizə tədbirləri çərçivəsində 7617 ictimai yer, 500 terminal və 7037 digər yer daxil olmaqla ümumilikdə 15154 obyekt yoxlanılıb. O qeyd edib ki, müəyyən edilmiş qeyri-qanuni miqrantların ölkələrinə qaytarılması üçün prosedurlara başlanılıb.
Şəbnəm Mehdizadə