Rusiyanın paytaxtı Moskvada orta məktəbdə bıçaqlı hücum olub.
E-huquq.az xəbərə verir ki, bu barədə Rusiya İstintaq Komitəsi açıqlama yayıb.
Məlumata görə, hücum Moskvanın Odintsovo rayonundakı məktəbdə törədildiyini bildirib.
Belə ki, məktəbdə azyaşlı şagird başqa bir şagirdə və mühafizəçiyə bıçaqla hücum edib.
Moskva vilayətinin Uşaq Hüquqları üzrə Müvəkkili Kseniya Mişonova sosial media hesabında hücumda ölən uşağın 4-cü sinif şagirdi olduğunu açıqlayıb.
Mişonova məktəbdə xəsarət alanların olduğunu da bildirib.
Hadisə ilə bağlı istintaq davam edir və hücumun motivi ilə bağlı ətraflı açıqlama verilməyib.
Şəbnəm Mehdizadə
