Məzmuna keç

İndoneziyada daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1030-a çatıb

İndoneziyanın Sumatra adasında leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1030-a çatıb.

E-huquq.az "Antara News"a istinadən xəbər verir ki, bu barədə İndoneziya Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Açıqlamada sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayının 1030-a çatdığı, 206 nəfərin isə hələ itkin düşdüyü bildirilib.

Nazirlər Kabinetinin iclasında çıxış edən İndoneziya Prezidenti Prabowo Subianto 1000 ağır tikinti maşınının bölgəyə göndərildiyini deyib.

"Yolların əksəriyyəti bərpa edilib, yalnız bir neçə bölgə təcrid olunmuş vəziyyətdə qalıb" – ddeyə prezident bildirib.

O, bölgəyə humanitar yardımın çatdırılması üçün hər gün 60 helikopter və çoxlu sayda təyyarənin cəlb olunduğunu söyləyib.

Prezident hökumətin zərər çəkmiş əyalətlərdə 2 min müvəqqəti və daimi ev tikəcəyini də vurğulayıb.

Şəbnəm Mehdizadə