Dekabrın 8-də Yaponiyanın Aomori prefekturasının Misava sahillərində baş verən 7,5 bal gücündə zəlzələdən sonra verilən "meqa zəlzələ" xəbərdarlığı ləğv edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi (JMA) və hökumət rəsmiləri dekabrın 8-də baş verən 7,5 bal gücündə zəlzələ ilə bağlı birgə mətbuat konfransı keçirib.
Rəsmilər bölgədə 8 və ya daha güclü zəlzələnin ehtimalının azaldığını bildirib.
Sakinlərə hazırlıqlı olmaq, ehtiyat ərzaq və avadanlıq toplamaq barədə xəbərdarlıq edilib.
Şəbnəm Mehdizadə
