Xirosima qurbanının kimliyi 80 ildən sonra DNT ilə müəyyən edilib


  • 16:23

İkinci Dünya Müharibəsi zamanı ABŞ-nin Yaponiyanın Xirosima şəhərinə atdığı atom bombası nəticəsində ölən 13 yaşlı qızın kimliyi 80 ildən sonra DNT nümunələri ilə müəyyən edilib.

E-huquq.az "The Japan Times"a istinadən xəbər verir ki, 6 avqust 1945-ci ildə atom bombası zamanı itkin düşən Kajiyama Hatsuenin qardaşı qızı Kajiyama Şuji qohumunun şəxsiyyətinin müəyyən edilməsi üçün müraciət edib.

Kanagava Universiteti saç nümunələrindən alınan DNT ilə Kajiyama Hatsuenin 91 yaşlı bacısından götürülmüş DNT-ni müqayisə edib.

Laboratoriya analizləri nəticəsində müəyyən edilib ki, Sülh Memorial Parkında Kajiyama Michiko adı ilə qeydə alınan saç və kül 6 avqust 1945-ci ildə atom bombasından sonra yoxa çıxan Kajiyama Hatsueyə məxsusdur.

Bu inkişaf atom bombası qurbanlarının DNT identifikasiyasının ilk uğurlu nümunəsidir.

Xirosimadakı memorialda atom bombası hücumunun təxminən 70.000 naməlum qurbanının külləri saxlanılır.

Xirosima Şəhər Şurası qurbanların ailələrinin müraciətlərinə cavab olaraq gələcəkdə digər saç nümunələri üzərində də DNT testləri keçirməyi planlaşdırdığını açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər