Vanda güclü qar ciddi fəsadlar törədib, yollar bağlanıb


  • 16:30

Türkiyənin Van şəhərində yağan güclü qar bir sıra fəsadlar törədib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ötən gecədən başlayan və fasilələrlə davam edən qar səbəbindən hazırda 90 yaşayış məntəqəsinə giriş mümkün deyil.

Bələdiyyə əməkdaşları yolların açılması üçün tədbirlər görür.

Vanın Muradiye və Gevaş rayonlarında tədris prosesi bir günlük dayandırılıb.

Qarın qalınlığı 5 santimetrə, yüksək yerlərdə isə 20 santimetrə çatıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər