- 16:30
ABŞ Sakit Okeanın şərqində narkotik daşımaqda və terror təşkilatları ilə əlaqədə şübhəli bilinən üç qayığı havadan və dənizdən hədəfə alıb.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı (SOUTHCOM) məlumatı yayıb.
Hücumlar nəticəsində 8 nəfər həlak olub.
Qayıqların beynəlxalq sularda vurulduğu bildirilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın sərəncamı ilə narkotik kartellərinə qarşı ordunun rolu genişləndirilib. Hadisə beynəlxalq hüquq müstəvisində müzakirələrə səbəb olub.
Şəbnəm Mehdizadə