Rumıniyanın sabiq nəqliyyat naziri korrupsiya ittihamı ilə saxlanıldı


  • 16 Dekabr 22:53

Rumıniyanın Korrupsiyaya qarşı Mübarizə üzrə Milli İdarəsinin prokurorları sabiq nəqliyyat naziri Aleksandru-Rezvan Kuku korrupsiya ittihamı ilə saxlayıblar.

E-huquq.az xəbər verir ki, bu barədə "Rumıniya Radiosu" məlumat yayıb.

Məlumata görə, saxlanılma sabiq nazirin və sahibkar Ketelin Daniel Buşenin yaşayış yerində aparılan axtarışlardan sonra həyata keçirilib. Rüşvətalma və ona şəriklik şübhələri ilə istintaq aparılır.

Rumıniya KİV-nin məlumatına görə, sabiq nazir sahibkarın 23 milyon ley (4,6 milyon avro) dəyərindəki müqavilənin 6%-i həcmində rüşvəti Rumıniya Avtomobil Reyestrinin direktoruna vermək cəhdində vasitəçi olub. Bu rüşvət müqavilənin avtomobillərin texniki baxış avadanlıqlarının xidmətinə dair müddətinin uzadılması üçün nəzərdə tutulub.

Oxşar xəbərlər