Tehranda yaşayış binası çökdü, dağıntılar altında qalanlar var


  • 16 Dekabr 23:14

İranın paytaxtı Tehranın Yaftabad rayonunda üçmərtəbəli yaşayış binası çöküb.

E-huquq.az xəbər verir ki, bu barədə "ISNA" məlumat yayıb.

Tehranın yanğın təhlükəsizliyi idarəsinin nümayəndəsi Cəlal Maleki bildirib ki, hazırda dağıntılar altından dörd nəfər sağ çıxarılıb, axtarış əməliyyatı davam edir.

Hadisə yerinə təcili yardım qüvvələri cəlb olunub.

Binanın birinci mərtəbəsində ofis otaqları yerləşirdi, çökmüş binanın yanında isə tikinti işlərinin getdiyi qeyd olunur.

Hadisənin səbəbləri istintaqın nəticələrinə əsasən müəyyən ediləcək.

Oxşar xəbərlər