Məzmuna keç

Fəhlələri daşıyan mikroavtobus qəzaya düşdü,

Türkiyənin Sinop şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az Türkiy KİV-ə istinadən xəbər verir ki, Sinopun Boyabat rayonunda fəhlələri daşıyan mikroavtobus avtomobillə toqquşub.

Toqquşma nəticəsində avtomobilin sürücüsü Mustafa Gemici həyatını itirib.

Mikroavtobusda və avtomobildə olan 10 nəfər isə xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Qəza ilə bağlı araşdırmalar davam edir.

Şəbnəm Mehdizadə